Müğənni Roza Zərgərli türk serialına dəvət alıb.
Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda sosial şəbəkədəki profilində yazıb.
O, vaxtı olmadığı üçün gələn təkliflərdən imtina etdiyini vurğulayıb:
“Oynadığım rolları rejissorlarımız çox bəyənir. Əsas uğurum Vaqif Mustafayevin “Tək olanda qorxma” teleserialındakı obrazımdan başladı. İşimi çox sevirəm. Doğrusu, Türkiyədən də serial təklifi gəlir, amma təəssüf ki, işlərimi, ailəmi qoyub gedə bilmirəm. Hazırda iş başındayam. Sonda mənə ən çox seriala çəkilən sənətçi kimi medal verəcəklər. İki ilə üç serial...”.
Qeyd edək ki, Roza Zərgərli “İntiqam” adlı daha bir filmdə rol alacaq.