Prodüser Tolik xalq artisti İlhamə Quliyevanın 70 illik yubileyi münasibətilə keçirilən mərasimə bir çox sənətçilərin dəvət olunmasını istəməyib.
Axşam.az-ın məlumatına görə, prodüser “Onlar” verilişinə açıqlamasında xalq artistinin onun istəyi ilə bir çox müğənnini tədbirə çağırmadığını deyib:
“Həmin gecənin təşkilatçılıq işlərinin mənə həvalə olunmasından şərəf duyuram. İlhamə xanımdan xahiş etdim ki, bir-iki müğənnini çağırmayaq. Onları burada görmək mənə xoş olmayacaqdı. İlhamə xanım da dedi ki, istəmirsən çağırmayaq”.
Qeyd edək ki, ad günü mərasiminə dəvət olunmayanlar arasında Tolikin heç də yaxşı münasibətdə olmadığı müğənni Röya və xalq artisti Faiq Ağayev də olub.