Röya Ayxan: “Bilmirəm, sabah oğlum mənim haqqımda nə düşünəcək...”
27 mart 2014 13:14 (UTC +04:00)

Röya Ayxan: “Bilmirəm, sabah oğlum mənim haqqımda nə düşünəcək...”

 “Anardan sonra heç bir kişiyə qoşulub getmərəm”

 

 

 

“Mən rahat həyat yaşayıram, ərim mənə inanır. Buna görə də aramızda çox problem olmur. Ailə qurmazdan öncə dost idik, daha çox söhbət edirdik. İndi isə hər şeyi bir-birimizə keçirik”. Lent.az-ın məlumatına görə, bunu “APA TV”nin “Üç valet” verilişində qonaq olan müğənni Röya Ayxan deyib. Müğənni ailəsinin onun üçün önəmli olduğunu deyib: “Elə uşaq vaxtlarımdan kişilərə qarşı çılğın olmuşam. Təmizkar olan kişiyə vurula bilərəm. Həyat yoldaşımın məni alması böyük bir cəsarətdir. Ailə qurduğumuz vaxt çox tənqidlər oldu. Amma biz bunları geridə qoyduq. Bəzən hər kəsdən bezib, paltarlarımı da yığıb, dostum, sinif yoldaşım və anamgilə gedirəm. Bu anda evdəkilər mənə deyirlər ki, “ay qız, sən evli qızsan, subay deyilsən və ya kimləsə sevişmirsən. Anardan sonra heç bir kişiyə qoşulub getmərəm. Çünki bu ailəni, bu övladı mənə verən olmayacaq. Onları heç kimə dəyişmərəm”.
 

 

Röya daha sonra övladından söz açıb: “Oğlumu hədsiz çox sevirəm. O, həyatımda yeganə insandır ki, “sənətini at” desə, atacam. Bilmirəm, sabah oğlum mənim haqqımda nə düşünəcək, amma mən onun üçün çox əziyyətlər çəkmişəm. Pis düşünməyə haqqı olmaz, məncə”.

# 2224
avatar

Oxşar yazılar