Müğənni Röya Ayxan oğlu Hüseynin onu çox qısqandığını deyib. Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, sənətçi "Star life" verilişinə açıqlamasında qız övladı istəməsi ilə bağlı sualları cavablandırıb: "5/5" verilişində Zaur Kamal qucağıma qız uşağı qoydu. Çox istədim. Amma heç vaxt ikinci dəfə ana olmaq haqqında düşünmürəm. Mən artıq tənha qadınam. Oğlum var, onu pis etmərəm. O, mənə bəsdir. Çox qısqancdır. Amma qız it alacam".
Yeniliklərindən danışan R.Ayxan reper Cinlə oxuduğu "Zəhləm getmiş" adlı mahnı ilə bağlı xəbər verib:
"Sevgilim məni əsəbiləşdirəndə "zəhləm getmiş" sözünü çox işlədirəm. Məncə hamının dilində olan ifadədir. Çox gözəl mahnıdır. Bu yay partlayacaq. Eyni zamanda konsertə hazırlaşıram. Yayda "Yaşıl teatr"da olacaq. Ya üç, ya da dörd gün edəcəm".
Müğənni gənc ifaçıların özünü ona bənzətməsinə münasibət bildirib: "Gənclərə bu haqda sual verəndə danırlar. Onda küsürəm. Amma sevinirəm ki, özlərin mənə oxşadırlar. Mən yaxşı cığır açmışam. Mənim ağlımdan istifadə etsinlər. Əkiz bacılar (Sevil və Sevinc) mənim fanatımdı. Özlərindən soruşsan danacaqlar. İlk dəfə onları səhnədə mən təqdim etdim. Özlərin mənə oxşadırlar. Saçlarını həmişə mənimki kimi ediblər: eyni rəng, düzüm. Onlar bunu dansa da, hamı deyir. Amma Röya olmaq mümkün deyil".

Röya: o məni qısqanır
Oxşar yazılar

Onlar məşhurluqdan bezib - "Kim olduğumu unutdum"
14 iyul 2025 , 19:20
Birdən səhnədən yoxa çıxan 5 populyar müğənni
14 iyul 2025 , 13:05
Cennifer Lopesdən qisasçı mahnı: "ürəyindəki yaralara" görə Ben Afflekə təşəkkür
13 iyul 2025 , 11:00
Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42