<span style="color:red;">Rəqsanənin qızı evlilikdən danışdı:  "...sevgi vacib deyil"
29 oktyabr 2015 10:25 (UTC +04:00)

Rəqsanənin qızı evlilikdən danışdı: "...sevgi vacib deyil"

“Hansı oğlandan xoşum gəlsə, sevsəm, ailə qurmaq istəsəm, anamla məsləhətləşərəm”.

 

Lent.az-ın məlumatına görə, bu sözləri müğənni Rəqsanə İsmayılovanın qızı, dizayner Aysun İsmayılova şəxsi həyatından danışarkən deyib. O, bildirib ki, hələ ailə qurmaq niyyətində deyil: “Əgər anam mənə razılıq versə ki, seçdiyim oğlan yaxşıdır, bu yaşda evlənmə, bir neçə il danış, sonra ailə qurarsan, buna razılaşaram. Anam mənim pisliyimi istəməz. Bir də ki, heç bir insan mənə anamdan artıq deyil. Onun sözü mənim üçün qanundur. Hələ ki, mənim üçün sevgi vacib deyil. İndi ancaq işlərimlə məşğulam. Hər şeyin bir zamanı var”.

 

Daha sonra Aysun bildirib ki, ona klip, reklam və film təklifi gəlib: “İnsan bir çox hallarda seçim qarşısında qalır. Heç bir işə ani qərar verməyi xoşlamıram. Türkiyədən bir neçə təklif almışam. Amma dəqiq qərar verməmişəm ki, filmə, klipə, yoxsa reklama çəkilim. Qısa müddət ərzində hər şeyə aydınlıq gələcək”.

 

Qeyd edək ki, A.İsmayılova fotosessiya da etdirib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 305
avatar

Yalçın UĞUR

Oxşar yazılar