Rəqsanə qızını İlhamla Fərizənin evinə göndərdi <span style="color:red;">- JEST
29 iyun 2014 17:25 (UTC +04:00)

Rəqsanə qızını İlhamla Fərizənin evinə göndərdi - JEST

Xəbər verildiyi kimi, müğənni Rəqsanə İsmayılova “30 iyun - Sevgililər günü” münasibəti ilə sabah “Yaşıl teatrda” xeyriyyə konserti verəcək. Müğənni bu gün 20 yanvar şəhidləri İlhamla Fərizənin ailə üzvlərini də konsertə dəvət edib. Bu barədə Lent.az-a şəhid İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev məlumat verib. “Bu gün Rəksanə xanımın qızı bizə gəldi. O, konsertə dəvətnamələri bizə verdi. Rəqsanə xanımın özü ilə də telefonla danışdım. İlhamla Fərizəni unutmadığına, onlara belə dəyər verdiyinə görə, təşəkkürümü bildirdim. Həm də iki ağbircək ananı sevindirdiyinə görə ona minnətdaram. Ümid edirəm ki, digər müğənnilər də gələcəkdə “Sevgililər günü” ilə bağlı belə addımlar atacaqlar. Böyük məmnuniyyətlə ailəlikcə gedib konsertdə iştirak edəcəyik” - deyə, E.Alahverdiyev bildirib.

 

Bu arada müğənni Rəqsanə İsmayılova sabah “Yaşıl teatr”da baş tutacaq konserti ilə bağlı Lent.az-a açıqlama verib. Müğənni deyib ki, konsertdə bir neçə sürpriz hazırlayıb. Lakin o, sürprizlərin nədən ibarət olacağını deməyib.
 
 

Qeyd edək ki, neçə illərdir 20 yanvar şəhidləri İlhamla Fərizənin toy günüləri - 30 iyun Azərbaycanda “Sevgililər günü” kimi qeyd olunur.

# 5828
avatar

Oxşar yazılar