Türk mediası müğənni Rəqsanə İsmayılovanın qardaş ölkədəki fəaliyyətindən yazıb.
	
	Axşam.az-ın məlumatına görə, bugünkü qəzetlərdə “Biskolata oğlanı ilə hovuza girdi” başlıqlı yazılar yayımlanıb. Məqalədə bunlar qeyd edilib: 
	
	“Azərbaycanın tanınmış müğənnisi Rəqsanə Türkiyədə ilk klipini çəkib. Sənətçi “Biskolata” reklamı ilə məşhurlaşan ispaniyalı model Karlos Martinlə “Alma məndən gözlərini” adlı mahnısını ekranlaşdırıb. Teoman Topçunun çəkdiyi klipdə Karlos və Rəqsanə 9 ton su olan hovuza girib. Onların yaxınlaşması və sevgisini izah edən görüntülərin yer aldığı ekran işi bir günə lentə alınıb”. 
	
	R.İsmayılova ikinci klipini türkiyəli ifaçı Selami Şahinin bəstəsinə çəkəcəyini vurğulayıb: 
	
	“Bir mahnım var, musiqisi özümündür. Sözlərini isə Selami Şahin yazacaq. Gələcəkdə onunla duet də planlaşdırırıq”.
 
                 
                             
     
                                             
                                             
                                            