Azərbaycanın tanınmış 2 oriental rəqqasəsi Aytən və Renka aralarındakı küsülülüyə son qoyublar. Lent.az-ın məlumatına görə, rəqqasə Aytən sosial şəbəkədə video paylaşaraq, həmkarı ilə barışdığını deyib: “Ola bilər ki, aramızda küsülülük var idi. Renka da öz balacalığını göstərib, mənə jest etdi. Bütün rəqqasələrə səslənirəm ki, küsülü qalmayın. Söz vermişəm ki, hamısını barışdıracam. Bu yaxınlarda Renkanı öz klipimə çəkəcəm”.
Qeyd edək ki, Renka ilə Aytən uzun illər idi ki, küsülü idi.