Çeçenistanın başçısı Ramazan Kadırov sevimli Qafqaz cinsindən olan Tarzan adlı itini axtardığı haqda xəbər yaymışdı.
Onun sevimli iti İnquşetiyada tapılıb.
Lent.az-ın «İTAR-TASS» -a istinadən məlumatına görə, o, bu haqda sosial şəbəkədəki səhifəsində yazmışdı: «Biz ona çox bağlı idik. Tarzan bizi çox sevirdi. Boşuna hürməzdi. Probelm yaratmazdı. Təəssüflə məlum olmayan səbəblər üzündən o, Qroznıdakı iqamətgahı tərk edib».
Respublika başçısı qeyd etmişdı ki, iti tapıb, onu evə qaytaranı «mükafatlandıracaq».
«Ola bilsin küçə iti kimi onu kimsə bağlayıb»-deyə, R.Kadırov əlavə edib.