Bu gün paytaxt məkanlarının birində müğənni Ramal İsrafilov bəylik kürsüsündə əyləşib.
Lent.az-ın məlumatına görə, ifaçı Sevda adlı xalası qızı ilə ailə qurub. Aparıcı Nərgiz Cəlilova və Nəsib Nurun təqdimatı ilə başlayan ziyafətə şou-biznesin bir çox tanınmış simaları gəlib.
Onların xoş gününə gələn şou nümayəndələri musiqi paylarını təqdim etməklə yanaşı rəqsləri ilə də gecəyə rəng qatıblar.
Toyda ən yadda qalan məqamlardan biri isə Ramalın xanımı üçün bəstələdiyi mahnını ifa etməsi olub.
Xatırladaq ki, cütlüyün toyuna tanınmışlardan İlhamə Quliyeva, Nazpəri Dostəliyeva,Nadir Qafarzadə, Könül Kərimova, Fatimə Fətəliyeva (rəqqasə) , Mətanət İsgəndərli, Səidə Sultan, Elnur Məmmədov, Aşıq Samirə, Roza Zərgərli, Elza Seyidcahan, Manaf Ağayev, Rəqsanə İsmayılova, Xatirə İslam, Azad Şabanov, Ayan Babakişiyeva, Emil Bədəlov, Günay İbrahimli, Çingiz Mustafayev, Elçin Cəfərov, Samir Piriyev, Elçin Hüseynov, Arzu Mirzəyeva, prodüser Aysel Məhəmməd, dj Kazım, idmançı Eduard Məmmədov, millət vəkili Qənirə Paşayeva və başqaları iştirak edib.
Qeyd edək ki, xalq artisti Mələkxanım Əyyubovanın qardaşı oğlu olan R.İsrafilov 1985-ci il iyunun 15-də Şamaxı şəhərində anadan olub.