Afrika ölkəsi Malinin paytaxtı Bamakoda yüzlərlə sakin qadınların sünnət olunması adətinə qarşı beynəlxalq mübarizə gününü qeyd etmək üçün bir yerə toplaşıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, artıq Malidə 14 etnik qrup bu adətdən imtina etməyə razılıq verib.
BMT-nin qəti qadağasına baxmayaraq, indiyə kimi Afrika və Asiyanın bir çox dövlətində bu adət qalmaqdadır.
YUNİSEF-in məlumatına əsasən, hazırda dünyada bu ağrılı cərrahiyyə əməliyyatı keçirən 125 milyona yaxın qız və qadın var.