Britaniyalı sosioloqların apardığı geniş miqyaslı sorğunun nəticəsində məlum olub ki, qadınlar 30 yaşından sonra gözəlliklərinin zirvəsinə çatırlar.
Lent.az-ın xarici «informing.ru»-ya istinadən məlumatına görə, bu yaşda xanımlar daha gözəl olur.
Mənbə bildirib ki, sorğuda iki mindən çox qadın və kişi respondent iştirak edib. Onların çoxunun qənaətincə, qadınlar 31 yaşında daha cazibəli olur.
Bundan başqa rəyi soruşulanların qeyd edib ki, 30 yaşdan sonra zərif cinsin nümayəndələri öz xarici görünüşləri ilə bağlı ətrafdakıların söylədikləri çatışmazlığı ağrılı qəbul etmir.