Pullu seks xidmətindən yararlananlar cinayətkar sayılacaq
13 noyabr 2013 06:13 (UTC +04:00)

Pullu seks xidmətindən yararlananlar cinayətkar sayılacaq

Fransa hakimiyyəti fahişələrin xidmətindən istifadə edənləri iri məbləğdə cərimələnməsini istəyir.

 

Lent.az-ın «International Business Times»-a istinadən məlumatına görə, yaxın zamanda suteneyor şəbəkəsinə qarşı olan qanuna ölkə parlamentində baxılacağı nəzərdə tutulub.

 

20 maddəlik qanun layihəsi fahişələrin xidmətindən istifadə edənləri cinayətkar sayır.

 

 

Bu xidmətdən istifadə edən haqda məlumat uyğun quruma daxil olarsa, həmin adam 2 min dollar cərimə ediləcək. Pulu seksdən istifadə həvəskarı yenidən tutularsa, onda bu cərimə iki dəfə artacaq. Bundan həmin şəxs «fahişəlik haqda informasiya» kursunda tərbiyəvi məruzələr dinləyəcək.

 

Bu ideya cəmiyyətdə bir mənalı qarşılanmayıb. Narazılar arasında Fransanın tanınmış yazıçısı Frederik Beqbeder başçılıq edir. Onun həmfikirlərinin başlıca şüarı: «Əlini mənim fahişələrimdən çək!».

 

Məsələyə dair parlament müzakirələri noyabrın 27-ə təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3319
avatar

Oxşar yazılar