Prezident təqaüdçüsü, tarzən Mustafa Aşurov yeni klip çəkdirib.
Bu barədə Lent.az-a ekran işinin rejissoru Nail Naiboğlu məlumat verib. O, bildirib ki, tarzənin ifa etdiyi “Şərq və Qərb” adlanan kompozisiyaya fərqli bir klip çəkib:
“Çəkilişlər 2 gün davam edib. Klipdə Mustafa 2 obrazda olub. Ekran işində yer alan görüntülər şərq ilə qərbin sintezidir”.
Qeyd edək ki, klipin operatoru Emin Hüseynov, montaj Elnar Həşimov, prodüseri Pərviz Oqtayoğludur.