Prezident Gülün ikinci nəvəsi dünyaya gəlib
28 mart 2014 20:05 (UTC +04:00)

Prezident Gülün ikinci nəvəsi dünyaya gəlib

Martın 26-da Türkiyənin prezidenti Abdullah Gülün qızı Kübra Sarımərmərin daha bir qızı dünyaya gəlib.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Acıbadam Kadıköy xəstəxanasında dünyaya gələn körpə ilə anasının sağlıq durumu yaxşıdır. Ana və körpə dünən xəstəxanadan çıxarılıb.

 

İkinci nəvəsi dünyaya gələn prezident Abdullah Gül martın 28-də onu görmək üçün İstanbula gedib.

 

2007-ci ildə  Mehmet Sarımərmərlə evlənən 29 yaşlı Kübra Sarımərmər 2010-cu il martın 7-də birinci qızını dünyaya gətirmişdi.  

# 1300
avatar

Oxşar yazılar