Polşanın 90 yaşlı keçmiş prezidentinin xanımı boşanmaq istəyir
07 fevral 2014 03:48 (UTC +04:00)

Polşanın 90 yaşlı keçmiş prezidentinin xanımı boşanmaq istəyir

Polşanın keçmiş prezidenti,  Polşa Xalq Respublikasının dövlət başçısı Voytsex Yaruzelskinin xanımı Barbara Yaruzelskaya ərindən boşanmaq barədə sənədlər hazırlayıb.

 

Lent.az-ın «gazeta.ru»ya istinadən məlumatına görə, yerli KİV bildirib ki, 84 yaşlı Barbara Yaruzelskaya ərini ona qarşı xəyanətdə  ittiham edir. Onun iddiasına əsasən, 90 yaşlı əri əvvəllər Yaruzelskinin evində xidmətçi işləmiş 50 yaşlı qadınla intim münasibət saxlayır.

 

«Vəkillərimlə birlikdə  artıq 4 aydır bütün sənədləri hazırlamışam. Əgər o, həmin qadınla münasibətini kəsməsə, boşanmaq haqda məhkəməyə müraciət edəcəyəm»-deyə, ölkənin keçmiş birinci xanımı bildirib.

 

Mənbə qeyd edib ki, yaruzelskilər 53 ildir  ər-arvadır nikahda yaşayıb.

 

Xatırladaq ki, Voytsex Yaruzelski kommunist Polşasının sonuncu dövlət  başçısı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1422
avatar

Oxşar yazılar