Oğlunu tutmaq üçün özünü 4-cü mərtəbədən atdı
17 yanvar 2014 07:31 (UTC +04:00)

Oğlunu tutmaq üçün özünü 4-cü mərtəbədən atdı

Türkiyənin Ordu əyalətinin Pərşəmbə rayonunda 4 mərtəbəli binanın 4-cü mərtəbəsində açıq pəncərədə oynayan 2 yaşlı oğlu oradan düşüb.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, oğlunun yerə düşdüyünü görən 26 yaşlı anası Aylin Özbək onu tutmaq üçün özünü atıb.

 

Anna və oğul beton döşəməyə düşüb.

 

Uşaq kəlləsi və ayağından yaralanaraq, reanimasiyaya yerləşdirilib. Müayinə edilən anaya tibbi yardım göstərildikdən sonra evə buraxılıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7311
avatar

Oxşar yazılar