Nüşabə Ələsgərli əməliyyat olundu
25 noyabr 2013 14:10 (UTC +04:00)

Nüşabə Ələsgərli əməliyyat olundu

Müğənni Nüşabə Ələsgərli bu gün səhər plastik əməliyyat olunub. Bu haqda “Xəzər” telekanalında yayımlanan “Bizim gün” verilişində deyilib. Əməliyyatla bağlı məlumat verən plastik-cərrah Səbahəddin Kandal N. Ələsgərlinin özünü yaxşı hiss etdiyini deyib: 

“Əməliyyat bu gün səhər saatlarında olub. Nüşabə xanımın gözətrafına bəzi müdaxilələr edilib. Bir müddət əvvəl onun göz qapaqlarında əməliyyat olunmuşdu. Bu dəfə də bir neçə dəyişikliklər oldu. Bir də Nüşabə Ələsgərlinin ayağında liposaksiya edildi”.

Efirə canlı telefon bağlantısı ilə qoşulan Nüşabə Ələsgərli səhhətindən danışıb: 

“Özümü əla hiss edirəm. Hər şey yaxşıdır. Heç nə hiss etmədim, əməliyyat gözəl keçdi. Çox razı qaldım. Bir azdan evə gedəcəm. Gözümün üst qapağında və ayağımda əməliyyat edildi. Ayağımda həm liposaksiya edildi, həm də yağ götürülüb gözümün altına vuruldu”.

axsam.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2701
avatar

Oxşar yazılar