Niyam Səlamidən yeni mahnı: <span style="color:red;">“Çağırma məni”
11 iyun 2014 15:08 (UTC +04:00)

Niyam Səlamidən yeni mahnı: “Çağırma məni”

Müğənni Niyam Səlami “Çağırma məni” adlı yeni mahnısını dinləyicilərin ixtiyarına verib. Lent.az-ın məlumatına görə, müğənnin ifa etdiyi yeni bəstənin musiqisi Ceyhun Əliyev, sözləri Azər Şirinə məxsusdur.

 

Yaradıcılığındakı yenilikdən Lent.az-a danışan müğənni bildirib ki, mahnıya ekran həyatı verməyi düşünür: “Azərbaycanda ən çox güvəndiyim rejissor Anar Hüseynovdur. Düşünürəm ki, yeni klipim fərqli olmalıdır. Bunun üçün bir qədər zaman lazımdır. Çəkilişlər Bakıda fərqli məkanlarda və Qaradağda aparılacaq. Bütün yaradıcı işlərim müştərək fikirlər əsasında ərsəyə gəlir. Burada da öz fikirlərimi bildirəcəm. Süjet xəttində özüm olmayacam. Çünki süjet xəttində özüm görünməyi sevmirəm. Ancaq onu deyə bilərəm ki, bu dəfə qız oğlanın arxasınca düşür. Klipdə professional model xanım çəkiləcək. Hazırda seçim gedir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1080
avatar

Yalçın UĞUR

Oxşar yazılar