Xalq artisti Nazpəri Dostəliyeva hazırda küsülü olduğu həmkarı İlhamə Quliyevanın ona verdiyi “Şərqin nazlı pərisi” titulundan danışıb. Lent.az-ın məlumatına görə, “Ans”-in "Şoubiz" verilişinə açıqlama verən müğənni bildirib ki, İ.Quliyevanın verdiyi titul ona lazım deyil:
“Bir şeyi istəyirəm biləsiniz ki, mənim üçün əziz olan atamın, anamın verdiyi Nazpəri adıdır. Onu şərəflə, ləyaqətlə daşıyıram. Mənim üçün önəmli olan Heydər Əliyevin verdiyi əməkdar artist fəxri adıdır. Daha sonra isə mənim üçün vacib olan prezidentimiz İlham Əliyevin imzaladığı xalq artisti adıdır. Mən bunlarla şərəf duyuram. Kimlərinsə yalançı titullarına heç ehtiyacım yoxdur. Mən o titulu həmin gün silmişəm. Elə şey ola bilməz”.