Azərbaycanlı müğənni Natəvan Həbibi mayın 17-i кonsert verməyə hazırlaşır. Lent.az anspress-ə istinadən xəbər verir ki, son zamanlar ətrafında gəzən qalmaqallarla medianın gündəmindən düşməyən ifaçı susqunluğuna son qoyub. İfaçı may ayının 17-i saat 19:00-da Heydər Əliyev sarayında "Dinlə" adlanan konsert proqramı ilə çıxış etmək niyyətindədir.
Amma ən maraqlısı isə budur ki, konsertinə hazırlıqlar görən ifaçı 1992-ci il may ayının 17-i Azərbaycanın Laçın rayonunun ermənilər tərəfindən işğal olunduğunu unudub. Natəvanın yadına salmaq lazımdır ki, konsert verməyi planladığı gün qanlı həriflərlə tariximizə həkk olunub: 17 may Laçının işğal günüdür!