Nanə Ağamalıyeva İstanbulda dərs aldı
07 may 2014 14:39 (UTC +04:00)

Nanə Ağamalıyeva İstanbulda dərs aldı

Teleaparıcı Nanə Ağamalıyeva Türkiyənin nüfuzlu "Dünya kalite belgesi Mujdat Gezen sanat merkezi, Uğur Dündar televizyon okulu"nun tələbəsi olub. Lent.az-ın məlumatına görə, bu barədə Nanə özü xəbər verib: “ İllər öncə Doğan Media Şirkətində çalışdığım dövrlərdə Uğur Dündar Star TV-nin əsas xəbər buraxılışına aparıcılıq edirdi. Onunla demək olar ki, hər gün üz-üzə gəlirdim. Arzum idi ki, nə vaxtsa onun özəl dərslərinin iştirakçısı olum. Və arzum reallaşdı. Əsas istəyim odur ki, məzun olduqdan sonra Avropada televiziya verilişləri və seriallarına görə yetərincə inkişaf etmiş qardaş ölkəmizdə qazandığım təcrübəmi yeni layihələrimizdə tətbiq edim. Məni dəstəkləyən və zaman yeni və maraqlı proqramları ilə tamaşaçı sevgisini qazanan doğma məkanım olan ATV kanalıma təşəkkür edirəm”.

 

Qeyd edək ki, ATV telekanalının yeni mövsümündə yayımlayacağı layihələrinin birində tamaşaçılar Nanə Ağamalıyevanı həm də Mujdat Gezen məktəbinin aktrisası kimi görəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2529

Oxşar yazılar