Müğənni Nadir Qafarzadə həmkarlarını onun paxıllığını çəkməkdə günahlandırıb.
Axşam. az-ın məlumatına görə, “Xəzər” telekanalında yayımlanan “Bizim gün” verilişinə qonaq olan sənətçi çox müğənninin ondan “Maral” mahnısını istədiyini deyib:
“Bu gün “Maral” mahnısı dillərdən düşmür. Türkiyədə olanda dostlarım deyirdi ki, Nadir, sən elə qal burada istirahət elə, onsuz da Azərbaycanda gündəmdəsən.
Bu mahnı elə səs doğurdu ki, nəinki müğənnilər, xalq artistləri də bundan danışdı. Paxıllığımı çəkənlər də çox oldu. Bu insanlar paxıllığın, qısqanclığın içinə giriblər.
Mən neyləyim ki, mahnı 3 milyon baxış toplayıb, günə 12 min izləyici yığır? Gedin, siz də bu cür iş ortaya qoyun.
Dəfələrlə sənətçilər mənə zəng vurub, toyda oxumaq üçün “Maral”ın orijinal variantını istəyiblər. Demişəm, gedin studiyadan götürün. Mən paxıl deyiləm”.