Türk müğənnisi Mustafa Yıldızdoğan ayın 21-ində, 8 nəfərlik heyəti ilə birgə Bakıya gələcək. O, hava limanından Tərtərə yola düşəcək. Sənətçi burada qaçqın ailələrinə və əsgərlərə konsert verəcək. Qonaqları millət vəkili Qənirə Paşayeva və bəstəkar Gövhər Həsənzadə müşayiət edəcəklər.
Səfər “Qarabağdan Anadoluya könül körpüsü” layihəsi çərçivəsində gerçəkləşəcək.
İyunun 22-də isə müğəninin Dövlət Filarmoniyasında konserti planlaşdırılıb. Konsert Milli qəhrəman, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulub. Konsertin təşkilatçıları Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və “Govkhar Group”dur. Qeyd edək ki, giriş pulsuzdur.