Miri Yusif haqda şok ittihamlar: <span style="color:red;">"Mahnılarını mən yazmışam"
13 avqust 2015 11:35 (UTC +04:00)

Miri Yusif haqda şok ittihamlar: "Mahnılarını mən yazmışam"

 

Müğənni Miri Yusifin bir çox mahnılarının müəllifi olan Murad Quliyev onunla  bağlı bir sıra ittihamlar səsləndirib. Lent.az xəbər verir ki, M. Quliyev aznews.az saytına yolladığı videoda müğənnini oğurluqda ittiham edib.

 

Video müraciətdə M. Yusif tərəfindən haqlarının tapdandığını iddia edən M. Quliyev bunun ilk hadisə olmadığını bildirib. O həmçinin qeyd edib ki, “Soruş”, “Adınla bağlı”, “Etiraf”, “Sən mənimsən”, “Səndən olmaz”, “Yoxam mən”, “Mən küləyəm”, “İki doğma insan”, “Bağışla” və s. kimi mahnılar da ona məxsusdur.

 

Xatırladaq ki, Türk müğənnisi Funda  Arar M.Yusifin repertuarında yer alan “Bağışla” mahnısını ifa edib və klip çəkdirib. M. Yusif isə türkiyəli sənətçini ondan icazəsiz mahnısını oxuduğuna görə oğurluqda ittiham edərək məhkəməyə verəcəyini bildirib. Bu qalmaqal Türkiyə mətbuatında da yer alıb.

 

Miri Yusifin mətbuat xidmətindən Lent.az-a bildirildi ki, gün ərzində bu ittihamlarla bağlı mətbuata açıqlama veriləcək. 

 

M. Quliyevin videonu təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 353
avatar

Ümidə Həsənli

Oxşar yazılar