Murad Arif Brilliant-Lalə <span style="color:red;">QALMAQALINDAN DANIŞDI  - <span style="color:red;">VİDEO
22 fevral 2017 17:37 (UTC +04:00)

Murad Arif Brilliant-Lalə QALMAQALINDAN DANIŞDI - VİDEO

 

Bəstəkar-müğənni Murad Arif Lent.az-ın canlı yayımında qonaq olub. İfaçı ilk öncə yaradıcılıq işindən söz açıb:

 

“İfa etdiyim “Saçların” mahnımın klipi bu yaxınlarda işıq üzü görəcək. Səbirsizliklə çəkiliş gününü gözləyirəm. Çünki fərqli, yadda qalan işlər görmək istəyirəm.  Geniş olmayan kateqoriyanın sevgisini qazanmaq niyyətindəyəm. Çünki çoxluq yaxşı şey deyil. Bizim zamanımızda hamının sevdiyi bir şey keyfiyyət etibarı ilə yaxşı iş deyil. Ona görə də məni az insanlar istəsin, amma yaxşı təbəqə olsun”.

 

Aparıcı onun müğənniliyini, aparıcılığını və bəstəkarlığını tənqid edənlərdən danışıb: “Bu müzakirələr yaxşıdır. Müzakirə edən insanları səciyyələndirirəm. Mənim ağlım ona çatır. Yəni anlayıram ki, hansı kateqoriya hansı fikri deyəcək. Hər gün məni tədbirlərinə, səhnələrinə, konsertlərinə, verilişlərinə dəvət edən kateqoriyalar mənim fəaliyyətimi alqışlayır. Bir də ki, pişiyin əli ətə çatmamaq məsələsi də var. Bu, hər zaman olub, olacaq da. Güman edirəm ki, qərəzli mövqedən çıxış edən insanlar bu ikinci kateqoriyadan olan insanlardır. Onların da fikrini heç vaxt önəmsəmirəm. Hesab edirəm ki, hər bir insan effektini gördüyü işin dalınca gedir. Mən radio və televiziya aparıcılığımda effekt görməsəydim, tamam başqa bir sahəyə gedərdim. Mən Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirmişəm. Deməli, mən özümü bu sənətdə tapmadım. Daha sonra mahnı yazmağa başladım, effektini gördüm, davam etdim. Düz 7-8 ildir ki, bir bəstəkarın bu qədər hiti yoxdur. İfaçılığa da il yarım bundan qabaq başladım, onun da effektini gördüm, tam sürətlə davam edirəm. Yəni bir şey ki, istədiyim effekti verir, mən niyə ondan vaz keçim? Kimsə də mənim işlərimi bəyənmirsə, bu da normaldır”.

 

Murad bildirib ki, yaradıcılıq işlərinin müzakirə olunması tanrı tərəfindən ona verilmiş bir şansdır: “Bu Allahın mənə verdiyi şansdır. Çünki "N" qədər işlər görənlər var ki, onların yaradıcılığı müzakirə olunmur. Heç kimə də lazım deyil. Bu işlərin fövqündə mənim işlərimin müzakirə olunması yaxşıdır. Tam səmimi deyirəm, mən bir iş görəndə onun müzakirə olunmasını öncədən planlaşdırmıram”.

 

Daha sonra hit olan bəstələrindən söz açan M.Arif bildirib ki, bəstələdiyi “Bu şəhər ikimizə dar” mahnısını xalq artisti Brilliant Dadaşovaya yazsa da, əməkdar artist Lalə Məmmədova oxuyub. Bu da söz-söhbətsiz ötüşməyib: “Bu mövzuda bir az duzsuzluq oldu. Bu, mənim səhvim idi. Hər iki sənətçini inanılmaz sevirəm. Onların qalmaqalda olduğu mənim üçün qətiyyən maraqlı deyildi. Bilirdim, amma çox ciddiyə almamışdım. Yəni orasını fikirləşməmişdim ki, gör kim üçün yazmışdım, kim oxudu. Çünki mənə obraz lazım idi. Həmin obraza uyğun bir neçə sənətçi var idi. Brillant Dadaşovanı düşünüb yazmışdım, amma il yarım oldu, xəbər çıxmadı. Mən də Brillinat xanımdan soruşmağa utandım. Sənətkardı, bəlkə sevmədi. Mən də darıxdım, səbirsizlik elədim, bu bəstəni bir neçə sənətçiyə göstərdim. Aralarında Xatirə İslam, Günay İbrahimli, Sevda Yahyayeva, Natavan Həbibi və Lalə Məmmədova var idi. Onlara göndərdim, qulaq asdılar, amma belə alındı ki, Lalə Məmmədova oxuyası oldu. Mən də sevindim ki, Lalə bu mahnını yaxşı anladı. Gözəl oxudu, 6 ildir, bütün radiolarda bu mahnı dinlənilir. Mənə elə gəlir ki, hər müəllif bununla fəxr edə bilməz ki, mahnıları illərdir sevilir”.

 

Qeyd edək ki, müsahibənin davamına aşağıdakı videoda baxa bilərsiz. 

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 222
avatar

Yalçın UĞUR

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07