Müğənnimiz bütün çətinliklərə “Canın sağ olsun” deyir
28 mart 2014 10:22 (UTC +04:00)

Müğənnimiz bütün çətinliklərə “Canın sağ olsun” deyir

Müğənni Lətifə Soyuöz yeni mahnı oxuyub. Lətifənin Lent.az-a verdiyi məlumata görə, o, bəstəsi Günel Sərdarqızına, aranjemanı isə Yaşar Baxışa məxsus “Canın sağ olsun” mahnısını səsləndirib. Əsəri türk musiqi orkestri ifa edib. Mahnı artıq internet istifadəçilərinin ixtiyarına buraxılıb.

 

Lətifə onu da bildirib ki, mahnının özəlliyi onun Londonda hazırlanmasıdır: “Böyük Britaniyanın ən nəhəng musiqi şirkəti “Canın sağ olsun”u ərsəyə gətirib. Bu şirkətdə Madonna, Rihanna, Elton John kimi dünya ulduzlarının mahnısı yazılıb. Olduqca peşəkar bir iş görməyə çalışdım. Əminəm ki, mahnı qısa müddətdə hitə çevriləcək. Biz insanlar tez-tez “Canın sağ olsun” deyirik. Başımıza hər nə gəlsə də, yaxşı və ya pis, hər zaman məhz “Canın sağ olsun” deyirik”.

 

İfaçı gələcək planlarından da söz açıb. İfaçının sözlərinə görə, o, sözügedən mahnıdan sonra fərqli musiqi janrına müraciət edəcək.

 

İfaçının yeni mahnısını aşağıdakı linkdə dinləyə bilərsiz.

# 1544

Oxşar yazılar