Müğənni Çinarə Lent.az-da konsert verdi - <span style="color:red;">VİDEO
01 fevral 2017 19:02 (UTC +04:00)

Müğənni Çinarə Lent.az-da konsert verdi - VİDEO

 

Son zamanlar ifası ilə sosial şəbəkədə məşhurlaşan Çinarə Məlikzadə Lent.az-ın canlı yayımında qonaq olub. İfaçı bildirib ki, birdən-birə məşhurlaşmasını təxmin etmirmiş: “Əslində gözləmirdim ki, birdən-birə sosial şəbəkədə məşhurlaşaram. Çünki musiqi təhsili üçün lap kiçik - 3 yaşımdan Oqtay Zülfüqarovun yanına getmişəm. Demək olar ki, uşaqlığım tədbirlərdə, konsertlərdə keçib. Bu günə qədər bir çox müsabiqələrdə “Yeni ulduz”, “Pöhrə”, “O səs Türkiyə”də iştirak etmişəm, amma özümü yaxşı tərəfdən göstərə bilməmişəm. Müsabiqələrdə də uğur qazana bilməməyimin səbəbi həyəcan olub. İndi-indi həyəcanı atıram. Uşaq vaxtı müsabiqələrə gedəndə həyəcanlanmırdım, böyüdükcə həyəcanım artdı. Müsabiqə adı gələndə mən həyəcanlanıram. Ona görə də özümə söz vermişəm ki, bir daha müsabiqələrə getməyəcəm".

 

İfaçı sosial şəbəkədə onu məşhurlaşdıran ilk ifasından da danışıb: “İlk videomu internetdə dostum Hacıbəy Heydərli paylaşmışdı. İstanbulda olanda onunla görüşdük, mənə kömək eləmək istədiyini söylədi. Mən də belə bir ideyamın olduğunu, videolar çəkmək istədiyimi dedim, onlar da razılaşdı. Və beləcə tanındım”.

 

Ç.Məlikzadə türkiyəli müğənni Rafet El Romanla eyni səhnəni paylaşmasının təəssüratını da bölüşüb: “Rafetlə əməkdaşlıq barədə nəsə deyə bilmərəm. Rafet məni Türkiyənin kanallarının birində də tərifləyib. Sağ olsun. Özü də müsahibəsində söyləmişdi ki, bu sənətə çətinliklə gəlib, ona görə də gənclərə dəstək olur. Amma hələ ki, mənə konkret bir təklif göndərməyib. Öncədən heç bir şeyin planını qurmuram. Allah nə qismət edər, o da olar”.

 

Qeyd edək ki, Ç.Məlikzadənin açıqlamalarının ardına və canlı ifalarına aşağıdakı videoda baxa, dinləyə bilərsiniz.  

 

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 541

Oxşar yazılar