Müğənni Emil Bədəlov müğənnilikdən əlavə yeni biznesindən də pul qazanacaq. Lent.az-ın məlumatına görə, müğənni ötən gün paytaxtın mərkəzində Çay Evi açaraq sənətçi dostlarını həmin məkana yığıb. Emil öz təəssüratlarını bizimlə bölüşüb: “Sözün duzu yeni biznes açmaq, müğənnilikdən savayı başqa bir sahədən də pul qazanmaq barədə hər zaman düşünmüşəm. Amma nədənsə hər zaman bu istəyim yubanırdı. Amma çox şükürlər olsun ki, artıq istəyimi həyata keçirtdim. Bu, hələ ilkdir. Fikrim var ki, biznesimi daha da genişləndirim”.
Qeyd edək ki, açılışda müğənnilər Yaşar Cəlilov, Yaşar Yusub, Ayaz Qasımov, Elçin Hüseynov, Kərim Abbasov, Günay İbrahimli, Lamiyə Novruzova, Əbdül Xalid, prodüserlər Təranə Səmədova, Roland Bayramov, aparıcılardan Əhəd Miriyev, Zaur Nəbioğlu, İlkin Həsəni, rəqqasə Oksana Rəsulova və başqaları iştirak edib.
Fotoları təqdim edirik.