Müğənni: <span style="color:red;">«Livanlılar, soyunmu?»
21 fevral 2014 04:10 (UTC +04:00)

Müğənni: «Livanlılar, soyunmu?»

Livanlı xizəkçi Ceki Çamounun çılpaq fotolarına cəmiyyətdəki təpki müğənni Miriam Klinki də ürküdüb.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, müğənni bir layihədə tam çılpaq olmaq təklif aldığını bildirib. O, soyunmaq üçün livanlı heyranlarından  icazə istəyib. Müğənni «Facebook» səhifəsində yazıb: «Sevgili livanlılar, bir addım atmadan öncə nəsihətinizə ehtiyacım var. Önəmli bir layihədə kamera qarşısına tam çılpaq çıxmağım istənilir. Təklifi  qəbul etməzdən öncə, bunu sizlərin qəbul edib-etməyəcəyinizi bilmək istəyirəm. Bu peşəkar bir çəkilişin bir önəmli səbəbi var. Sadəcə, livanlı qadın və kişilərin baxışını öyrənmək istəyirəm».

 

Mənbə xatırladıb ki, Livanın İdman Nazirliyi bir təqvim üçün üst paltarı geyinmədən şəkillər çəkdirən xizəkçi Ceki Çamounla bağlı araşdırmaya başlayıb. 

# 1704
avatar

Oxşar yazılar