Misirli tanınmış rəqqasə “mənəviyyatsızlığa” görə tutulub
22 aprel 2014 05:12 (UTC +04:00)

Misirli tanınmış rəqqasə “mənəviyyatsızlığa” görə tutulub

Misirin tanınmış müğənnisi və oriental rəqqasəsi Sama əl-Məsri həbs olunub.

 

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, həbs üçün formal səbəb Mədəniyyət Nazirliyi yanınla Lisenziya İdarəsi ilə müqavilə şərtlərini pozması göstərilib.

 

Mənbə  bildirib ki, əl-Məsri dəfələrlə misirli və əcnəbi siyasətçiləri açıq-aşkar lağa qoyub. Ona qarşı “ictimai mənəvi dəyərləri” pozmaq ittihamı irəli sürülüb.

 

Mənbə xatırladıb ki, bir neçə ay öncə, o, deputatlığa namizəd olmaq niyyətində olduğunu bildirib, bununla əl-Məsri “Müsəlman qardaşları”ndan “qisas almaq” istədiyini gizlətmyib. O, namizədliyini devrilmiş prezident Məhəmməd Mursinin doğulduğu əş-Şərkiyyə əyalətindən irəli sürmək niyyətində imiş. Əl-Mərsi seçiləcəyi halda islamçılara qarşı mübarizəyə önəm verəcəyini bildirmişdi.

 

Ötən  ilin yanvarında əl-Məsrinin islamçı partiyaları ələ salan klipi internetdə yayılmışdı. Onda rəqqasəyə qarşı “dini təhqir, iğtişaşa təhrik və xalqın parçalanması istiqamətində fəaliyyət etmək” iddiası ilə hüquq-mühafizə qurumlarına şikayət edilmişdi. Rəqqasə bu ittihamları rədd edərək, siyasətçiləri yumor hissinin  olmamasında suçlamış, Misirdəki sistemin özünü ifadə azadlığına imkan verdiyini bildirmişdi.

 

Ötən il həmin vaxt başqa bir qalmaqallı olay yaşanıb. Ölkənin Eylat şəhərində göbək rəqsi üzrə festival keçirilib. Onda əl-Məsri həmin festivalda iştirak edən misirli rəqqasə Nuran Şərif və başqalarını qınayaraq, onlara qarğış belə edib: “Görüm, onları Cəhənnəmdə yansın!”.

 

O, həmin festivala dəvət almadığını və alsa idi belə, getməkdən imtina edəcəyini vurğulamışdı. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2022
avatar

Oxşar yazılar