ABŞ prezidentinin xanımı Mişel Obama «İstirahət bölgəsində parklar» teleserialında epizodik rolda çəkilib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, onun bu ilin fevralında çəkildiyi hissə «Tanıtım» adlanır. Lent bu ilin aprelində televiziyalara çıxacaq. «Tanıtım» «İstirahət bölgəsində parklar» serialnın 6-cı mövsümi finalı olacaq.
Bu serialda ABŞ-ın başqa tanınmış şəxsləri - Arizona ştatının senatoru Con Makkeyn, Kaliforniyanın senatoru Barbara Bokser və başqaları çəkilib.
Serialın prodüssoru Maykl Şur ABŞ-ın 42-ci prezidentinin xanımı, keçmiş dövlət katibi Hillari Klintonu da final epizodları ilə əməkdaşlıq etməyə dəvət edib.