Azərbaycan milli komandasının futbolçusu Vüqar Nadirov ötən gün Bolqarıstana məğlubiyyətdən sonra maraqlı addım atıb. Lent.az-ın məlumatına görə, millinin və “Qarabağ”ın hücumçusu V.Nadirov oyun bitdikdən sonra futbolkasını çıxararaq əməkdar artist Səlim Abbasova tərəf atıb. Əməkdar artist isə həmin anı lentə aldıraraq “İnstagram” səhifəsinə yerləşdirib.
Qeyd edək ki, dünən keçirilən Azərbaycan-Bolqarıstan oyunu 1-2 hesabı ilə başa çatıb. V.Nadirov isə oyuna 2-ci hissədə daxil olub.