Rusiyada məşhurlaşan meyxanaçı İntiqam və Ehtiram Rüstəmov qardaşları xoşməramlı missiyaya hazırlaşırlar.
Lent.az-ın “8tv.ru” saytına istinadən verdiyi məlumata görə, azərbaycanlı meyxanaçılar Rusiya estradasının pop-kralı Filip Kirkorov və reper Timati arasında xoş münasibətləri bərpa etmək istəyirlər.
Filipp Kirkorov və Timati arasındakı münasibətlər İntiqam və Ehtiram Rüstəmov qardaşlarının Rusiyada məşhurlaşan “Davay, do svidaniya!” mahnısı ilə əlaqədar pozulub. Bu meyxananın qafiyəsindən istifadə edib rep oxuyan Timati, Kirkorovu sərt tənqid etmişdi. Nəticədə iki ulduzun arası dəymişdi.
Qardaşlar bu iki şəxs arasındakı münasibətlərin pozulmasında özlərinin də məsuliyyət daşıdığını düşünürlər. Rüstəmovlar Rusiyanın iki məşhur ulduzunu barışdıracaqlarına inanırlar.