Xalq artisti Məleykə Əsədovanın “Kişi xeylağı da manikür-pedikür etdirməlidir” sözləri qalmaqalsız ötüşməyib. Lent.az-ın məlumatına görə, “Xəzər - Tv”nin “Bizim gün” verilişinə qatılan müğənni Səidə Sultan M.Əsədovanın fikirlərinə qarşı çıxıb. Səidə manikür edən bəyləri, “kişicik” adlandırıb:
“Mənim fikrimcə kişi manikür edə bilər. Amma pedikürü bir kişiyə yaraşdırmıram. Bu qəbildən olan özlərinə baxan, botoks edənlərə isə “kişicik” adlandırardım. Bilirsiniz, kişi sərt olmalıdır. Səliqəli görünməyin başqa yolları da var. Kişiyə idman yaraşır. Bəzənmək, manikür-pedikür etmək isə qadına”.
Məleykə Əsədova ilə Səidə Sultan arasında “kişi” qalmaqalı
5419