Xalq artisti Məleykə Əsədova yayda Yaponiyada istirahət edib.
Bunu Axşam.az -ın müxbirilə söhbətində aktrisa deyib: “Adalarda istirahət etməyi çox sevirəm. Bu yay isə indiyədək olmadığım Yaponiyaya getdim. 15 gün ərzində 20 mərtəbəli gəmi ilə Sinqapur, Tayvan, Vyetnamı səyahətə çıxdım. Qızım hər zaman Hindistanda olmağı arzulayıb. Amma mən oranı sevmirəm. Sinqapurda Hindistan şəhərciyinə getdik”.
M.Əsədovanın sözlərinə görə, səyahət etdiyi ölkələrdən çoxlu geyimlər alıb: “Vaxtımın xeyli hissəsini alış-verişə həsr etdim. Çoxlu geyim və suvenirlər aldım”.