Mandelanın ailəsində miras və liderlik davası
19 dekabr 2013 03:37 (UTC +04:00)

Mandelanın ailəsində miras və liderlik davası

Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandelanın ölümündən sonra ailədaxili qovqalar yenidən qızışıb.

 

Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, yerli mətbuat bildirib ki, nəvə Mandla Mandela babasının dəfnindən öncə, Qunnu rayonundakı ailə fermasını aldığı iddiasını irəli sürüb.

 

Ölkədə çıxan «The Times» bulvar qəzeti isə Nelson Mandelanın evinin açarlarını böyük qızı Makazive Mandela tərəfindən dəyişdirildiyini yazıb.

 

Nəvə Mandla Mandelanın bu səbəbdən də ev girə bilmədiyi bildirilib.

 

Mənbənin məlumatına əsasən, böyük qız Makazive Mandelanın ailə başçılığını bu nəvə qəbul etmir.

 

Bundan başqa ailə üzvləri arasında Mandelanın mirasının bölünməsi ilə bağlı rahatsızlığın olduğu bildirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1197

Oxşar yazılar