Manandan sonra yaradıcılığını Azərbaycanda davam etdirən gürcü müğənni Suli yeni mahnı yazdırıb. Lent.az-ın məlumatına görə, Azərbaycan dilində ifa etdiyi mahnıya klip çəkdirən Suli bildirib ki, ifa etdiyi sözləri Azər Şirinə, musiqisi Givi Usenaşviliyə məxsus “Çox” mahnısına çəkilən klipdə 3 obrazı canlandırıb. Klipdə əsəbi qız, xanım və məşhur müğənni Ledi Qaqaya bənzəyən Sulinin üzərində tanınmış stilist-vizajist Səbinə İmanova işləyib.
Layihənin rəhbəri prodüser Asif Kərimovdur. Klipin operatoru Tanrıverdi Tanrıverdiyev və rejissoru Suli özüdür. Klipdə model Fərid Əsgərov və Jam SS rəqs qrupu da çəkilib.
Sözügedən klipin təqdimat mərasimi fevral ayında Bakıda və Tiflisdə keçiriləcək.