Manana Müslüm Maqomayevin mahnısını kimlə oxudu? - <span style="color:red;">VİDEO
08 iyun 2015 10:12 (UTC +04:00)

Manana Müslüm Maqomayevin mahnısını kimlə oxudu? - VİDEO

Əməkdar artist Manana Caparidze müğənni Murad Sadıxla duet oxuyub. Lent.az-a açıqlama verən M.Caparidze bildirib ki, mərhum sənətkar Müslüm Maqomayevin ifasından "Sinyaya veçnost" mahnısını oxuyublar: “Bu mahnını ifa etmək istənilən müğənnidən böyük məsuliyyət tələb edir. Azərbaycanda elə dinləyici tapılmaz ki, "Sinyaya veçnost"ı sevməsin. Həm mən, həm də Murad uzun illərdir ki, bu mahnını repertuarımıza daxil etmişik. Şadam ki, bizim Muradla ilk duetimiz məhz bu mahnı oldu. Mən Murad Sadıxın nəinki özünü, ailə üzvlərini də çox istəyirəm. O, çox tərbiyəli və istedadlı ifaçıdır. İlk işbirliyimiz gözlədiyimizdən də uğurlu alındı. İnanıram ki, oxucularınız da öz müsbət rəylərini verəcəklər".

 

M.Sadıx da öz fikirlərini bölüşüb: “Mənim üçün çox qürurvericidir ki, ilk duetimi Azərbaycanın çox güclü səslərindən biri olan, əməkdar artist Manana Caparidze ilə yazdırdım. Əslində bu dueti biz bir neçə ay bundan əvvəl dinləyicilərə təqdim etməliydik. Sadəcə Manana xanımın tez-tez qastrol səfərlərində olması mahnını lentə aldırmağımızı yubadırdı. Amma gözləməyə dəyərdi. Tərifləmək kimi çıxmasın, "Sinyaya veçnost" bizim ifamızda gözəl və fərqli alındı. Mənə bacılarım qədər dəyərli olan Mananaya da, özümə də bol-bol yaradıcılıq uğurları arzulayıram”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 321

Oxşar yazılar