“Hələ heç bir qərar verməmişik”. Bu sözləri Lent.az-a mətbuata boşanması xəbəri yayılan əməkdar artist Lalə Məmmədovanın həyat yoldaşı İlham Qafarov deyib.
“Boşanıb, boşanmamağımız barədə suallara mən yox, Lalə cavab verir. Onunla boşanmaq xəbərinə mən şərh vermək istəmirəm. Bu, mənim ailə məsələmdir. Bu barədə danışmayacam”.
Qeyd edək ki, İlham Qafarovla ailəli olan Lalə Məmmədovanın onunla evliliyindən Səba adında bir qızı var və ikinci dəfə ana olmağa hazırlaşır.