Britaniyanın kraliçası II Yelizavet nəvəsi şahzadə Harridən Cənub qütbünə ekspedisiya zamanı uzanmış saqqalını qırxmasını istəyib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, kraliça deyib: «Üzü tüklü adamdan xoşum gəlmir. Ümid edirəm ki, Harri tezliklə üzünü qırxacaq».
Şahzadə Uilyam və onun xanımı Keyt Middltonun isə Harrinin yeni görkəmindən xoşları gəlib.
Şahzadə Harri bildirib ki, saqqal krallığın ənənəsidir.
«Harri nənəsini məyus etməyi xoşlamır. O, tezliklə saqqalını qırxacaq. Sarayda xidmətçilər üçün elan olunmamış qayda var –onlar saqqal saxlaya bilməz. Əgər kral ailəsi saqqal saxlasa , onda bu qaydaya əməl etmək çətinləşəcək» - deyə, saraydan bildirilib.