Kennedinin qatilinin SSRİ-də düzəldilən üzüyü satılıb
25 oktyabr 2013 07:27 (UTC +04:00)

Kennedinin qatilinin SSRİ-də düzəldilən üzüyü satılıb

ABŞ prezidenti Con Fitscerald Kennedinin qatili Li Xarvi Osvaldın keçmiş  SSRİ-də istehsal olunmuş üzüyü hərracda 108 min dollara satılıb.

 

Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, hərrac Bostonda keçirilib.

 

Üzüyü Texasdan adının açıqlanmasının istəməyə kolleksiyaçı təqdim edib.

 

Məlumata əsasən, Osvald bu üzüyü 1961-ci ildə ABŞ-a qayıtmazdan öncə Minskdə alıbmış.

 

1963-cü il noyabrın 22-də isə o, üzüyü masanın üstünə qoyaraq, prezident Kennedini öldürməyə gedib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1186
avatar

Oxşar yazılar