Kafedə yalnız ABŞ-la münaqişədə olan dövlətlərin yeməkləri verilir
13 sentyabr 2013 07:34 (UTC +04:00)

Kafedə yalnız ABŞ-la münaqişədə olan dövlətlərin yeməkləri verilir

ABŞ-ın Pittsburq şəhərindəki «Conflict Kitchen» adlı kafedə müştərilərə Amerika ilə münaqişə olan dövlətlərin milli mətbəxlərinə aid yeməklər təqdim edilir.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, kafenin yiyələri Con Rubin və Don Veleski adlı iki rəssamdır.

 

Hər üç aydan bir menyu dəyişdirilir, yeni ölkə seçilir. Hazırda kafedə ABŞ-la münaqişədə olan Venesuela, Əfqanıstan, İran və Kuba dövlətlərinin Milli mətbəxinə aid yeməklər təqdim edilir.

 

Yemək qablarının üzərinə həmin dövlətlərin vətəndaşlarının fikirlərindən nümunələr yazılıb. İrana adi qablarda İslam Respublikasında İsrailə, qadın haqlarına və İran poeziyasına, Kubanınkında isə ABŞ embarqosu, yerli  iqtisadiyyatına həsr olunmuş fikirlər və Fidel Kastro dedikləri yazılıb.

 

Yaxın gələcəkdə kafedə Şimali Koreya və Fələstin mətbəxinin təqdim olunacağı gözlənilir

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1130
avatar

Oxşar yazılar