İtaliya restoranlarında delfin ətindən yemək hazırlanıb satılması araşdırılır.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Çivitavekkya şəhər restorandan uyğun şikayət edilib.
Delfin ətinin yemək məqsədi ilə istifadəsi qadağandır.
«İtalia Uno» telekanalının jurnalisti bu haqda şayiələri yoxlamaq üçün həmin restorana gedir. Sifariş verir. Bütün olanları video alınır. Sonra isə televiziya vasitəsi ilə yayımlanır.
Jurnalist bildirib ki, araşdırması zamanı delfin ətindən yeməyə 100 avro ödəyib.
Gizli çəkiliş zamanı tədarükçü deyib ki, delfin ətinin bir kiloqramı 900 avroyadır. Mənbənin məlumatına əsasən, bu ərzağı Romadakı restoranlar da sifariş etmək olar.
Delfin ətindən olan yemək hər müştəri verilmir. Bunun üçün özəl şərti işarə mövcuddur.