İstvud Dinadan ayrıldı
30 avqust 2013 14:45 (UTC +04:00)

İstvud Dinadan ayrıldı

 

Əfsanəvi aktyor və rejissor Klint İstvud həyat yoldaşı Dina ilə 17 illik evliliyinə son qoyub.

 

Lent.az-ın verdiyi məlumata görə, 48 yaşlı Dina İstvud “US Weekly” jurnalına müsahibəsində boşandıqlarını təsdiqləyib.

 

Dina İstvud deyib ki, Klint İstvudla yollarını dostcasına ayırmağa qərar veriblər. O, ayrılığın müvəqqəti xarakter daşıya biləcəyini də söyləyib. Cütlüyün hansı səbəbdən ayrıldığı açıqlanmır.

 

Qeyd edək ki, 83 yaşlı Klint İstvudla Dina İstvudun 16 yaşlı bir qızları var. Dina Klint İstvudun ikinci həyat yoldaşıdır.

 

 

# 736
avatar

Oxşar yazılar