İspan mahnısı azərbaycanlı müğənninin ifasında
02 dekabr 2013 15:55 (UTC +04:00)

İspan mahnısı azərbaycanlı müğənninin ifasında

Vokal ifaçısı, bəstəkar-müğənni Ülvi Rəşidov yeni layihələr üzərində çalışır. Lent.az-ın məlumatına görə, o, təzə mahnı yazdırıb.

Rusiyanın məşhur “Serebro” qrupu ilə çıxışından sonra o, 80-ci illərdə İspaniyanın “Gipsy kings” qrupunun ifa etdiyi “Ballads” mahnısını yeni aranjemanda da təqdim edib. Mahnının aranjemançısı Siruzdur.

Qeyd edək ki, “Balads” mahnısının rus versiyasını daha öncə müğənni Elton Hüseynəliyev ifa edib. Əldə etdiyimiz məlumata görə, Elton bununla bağlı kiçik qalmaqal da yaşayıb.

Ancaq Ülvi mahnı ilə bağlı qalmaqal yaşamaq istəmir: “Mahnını “Balam” adlandırdım. Xeyli dəyişiklik eləmişəm. Fikrimcə mahnıya verdiyim yeni nəfəs ona kifayət qədər dinləyici gətirəcək. Bəlkə də çoxları deyəcək ki, mən plagiatla məşğulam, amma bunun adı plagiat yox, dəyişiklikdir”.

Müğənni ona gələn iş təkliflərindən də danışıb: “ Bir çox müğənnilər onlar üçün mahnı yazmağımı istəyirlər. Ancaq bütün yaxşı mahnılarımı özüm ifa edəcəyəm.  Hazırda bir çox mahnım var. Dinləyicilərimə yeni ifalar təqdim edəcəyəm”.

Onu da xatırladaq ki, Milli Konservatoriyanı bitirən Ülvi “Eurovision” mahnı müsabiqəsinin seçim turunda və “Yeni ulduz” yarışmasında da iştirak edib. O, xalq artisti Fidan və Xuraman Qasımovaların tələbəsidir.

Müğənninin yeni mahnısını bu keçiddə dinləyə bilərsiniz.

http://www.youtube.com/watch?v=TGaT1aSbn7s

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1335

Oxşar yazılar