İran siyasiləri də “selife” maraq göstərir
03 may 2014 02:23 (UTC +04:00)

İran siyasiləri də “selife” maraq göstərir

İranın keçmiş vitse-prezidenti Məhəmməd Əli  Əbtəhinin internetə marağının olması hələ vəzifədə olduğu dövrdən məlumdur.

 

Lent.az-ın “AzadlıqRadiosu”-na  istinadən məlumatına görə, onun özünü bloqu, çoxlu dostu olan “Facebook” səhifəsi, tvitterdə və instagramda çoxlu izləyiciləri var.
 
Mayın birində Əbtəhi keçmiş prezident  Məhəmməd Xatəmi ilə özünün çəkdiyi şəkli – “selfie” yayımlayıb. (Selfie- yəni kiminsə öz şəklini çəkməsi, tək və ya yanındakılarla, adətən telefonla)
 
Mənbə bildirib ki, islahatçı sayılan siyasi xəttin lideri kimi tanınan və gənclər arasında yetərincə populyar olan Xatəminin şəkillərinin çəkilməsindən heç xəbəri də olmayıb.  Amma bu “selfie” Əbtəhiyə daha çox izləyici toplamağa kömək edib.
 
Əbtəhi xüsusi bloqunda da İranın məşhur siyasi xadimləri ilə şəkillər yayımlayır, həm də siyasi kluarlarda baş verən olaylardan yazır. 

 

Şəkilləri bir qayda olaraq özü telefonuna çəkir.
 
Əbtəhi 2009-cu ildə prezident seçkisindən sonra baş verən toqquşmalar zamanı həbs olunub. Həbsxanada işgəncəyə məruz qalması ilə bağlı məlumatlar yayılandan sonra İran rəsmiləri ona bloqunu bərpa etməyə icazə vermişdilər. Həmin bloqda Əbtəhi müstəntiqlə yaxşı dostluq əlaqələrindən yazır və heç bir işgəncə görmədiyini vurğulayıb.

 

Ancaq o zaman onun yazdıqlarını çoxları Əhmədinejat rejiminin təzyiqi ilə olduğunu güman edirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 841
avatar

Oxşar yazılar