Kanadalı Corc Reynslə Kerol Harris ilk öpüşün üstündən 75 il ötəndən sonra nikah bağlayıblar.
Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, toy bir neçə gün öncə olub. Onların kəbini isə Baptist kilsəsində kəsilib.
83 yaşlı yeni ailə quranlar birinci sinifdə oxuyarkən, 1936-cı ildə görüşüblər. 3-cü sinifdə oxuyanda isə «Yatmış gözəl» tamaşasında baş rolu oynayıblar. Şahzadə rolunun ifaçısı Reyns gözəl yolunu oynaya Harrisi öpəndə qız «çəkinib və qorxub».
Məktəbi bitirəndən sonra onların yolları ayrılıb. Reyns Ontarioya gedib. Orada evlənib. Bu yaxınlarda onun 61 illik həyata yoldaşı vəfat edib. Harris isə bu vaxtadək ailə qurmayıb. Bununla belə məktəb dostları biri-biri ilə əlaqəni kəsməməyə çalışırmış.
Bu ilin yayında Rens Sent-Consa gələrək, Harrisin şirkətində vaxtını keçirib. Nəhayət o, Harrisə evlənmək təklifini edib. Heç vaxt ailə qurmayacağından və tənha yaşayacağından ehtiyatlanan qadın bu təklifə razı olub.