İlhamə Quliyevanın tacına şərik çıxdı
30 dekabr 2015 19:45 (UTC +04:00)

İlhamə Quliyevanın tacına şərik çıxdı

Azərbaycanlı müğənni Günel Məhərrəmova xalq artisti İlhamə Quliyevanın tituluna şərik çıxmaq istəyib. Lent.az-ın məlumatına görə, ifaçı başına tac taxaraq, təəssüratını “İnstagram” səhifəsində yazıb: “Bu da mənim tacımdır. "Taclı kraliça!". 

 

Qeyd edək ki, bir müddət öncə şou-biznesin digər nümayəndəsi müğənni Azəri Günel Zeynalova da başına tac taxaraq, bu sözləri demişdi: “Şou-biznesin bala kraliçasıyam. Artıq yeni kraliça gəlir. Bundan sonra hər kəs öz yerini bilsin”. Onun bu fikirləri isə İ.Quliyevanın qəzəbinə tuş gəlmişdi: “Başına bir tac qoydu, dedi ki, kim mənə nə deyə bilər? Nə oldu? 15 il qabaq tac qoyardılar da. Mənim rəsimi sənədlərlə taclarım var. Azərbaycanda hamı bilir ki, tacın sahibi İlhamədir. Şıltaqlığı getsin evində etsin, mənim üçün yox”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 325
avatar

Yalçın UĞUR

Oxşar yazılar