Xalq artisti İlhamə Quliyeva yenidən xəstəxanaya yerləşdirilib.
Show.az-ın məlumatına görə, ötən il dekabrın 19-dan ay sonuna kimi Mərkəzi Neftçilər Klinikasında müalicə alan xalq artisti yenidən oraya müraciət edib.
Bir müddət öncə ürəyindən əməliyyat olunan İlhamə Quliyevanın yenidən müayinəyə ehtiyacı var.
Xəstəxanadan verilən məlumata görə, xalq artistinin vəziyyəti normaldır.
İlhamə Quliyevanın mətbuat katibi məlumatı təsdiqləsə də, geniş məlumat vermək istəməyib.